Reklam resmi
Reklam resmi

ABŞ-də dəfn vaxtı ATIŞMA

ABŞ-də dəfn vaxtı ATIŞMA
Dünya

ABŞ-ın Yuta ştatının Solt Leyk Siti şəhərində baş verən atışma nəticəsində iki nəfər həlak olub, altı nəfər isə yaralanıb.

Ajans.az xəbər verir ki,bu barədə şəhər polisi rəsmi Facebook səhifəsində məlumat yayıb.

Polisin açıqlamasına görə, yaralılardan üç nəfərin vəziyyəti ağırdır. Hüquq-mühafizə orqanları hadisəni törədən şəxsin hələlik müəyyən edilmədiyini bildirib. Açıqlamada qeyd olunur ki, istintaq çərçivəsində mühüm məlumatlar əldə edilib və şübhəlilərin müəyyənləşdirilməsi istiqamətində işlər davam etdirilir.

ABC News telekanalının məlumatına görə, atışma dəfn mərasiminin keçirildiyi kilsənin yaxınlığında baş verib.

Hadisə ilə bağlı araşdırma aparılır.

author picture
Leyla Bayandurlu
Mövzular:
ABŞ polis

Digər Xəbərlər