Reklam resmi
Reklam resmi

İranda generalın abidəsi YANDIRILIB

İranda generalın abidəsi YANDIRILIB
Dünya

İranda etiraz aksiyaları zamanı İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) generalı Qasım Süleymaninin abidəsi yandırılıb.

Ajans.az Azad İran teleqram kanalına istinadən xəbər verir ki,hadisə ölkənin ən dini şəhərlərindən biri sayılan Kaşanda baş verib.

Yerli mənbələrin və sosial şəbəkələrdə yayılan görüntülərin məlumatına görə, etirazçılar şəhərdə yerləşən abidəni od vuraraq məhv ediblər. Hadisə ölkədə davam edən sosial-siyasi gərginlik fonunda qeydə alınıb.

Qeyd edək ki, 2020-ci ildə ABŞ-ın hava zərbəsi nəticəsində öldürülən Qasım Süleymani İran İslam Respublikasında milli qəhrəman kimi təqdim olunur və onun xatirəsinə ölkənin müxtəlif şəhərlərində abidələr ucaldılıb.

Hadisə ilə bağlı rəsmi qurumlar hələlik açıqlama verməyiblər.

View this post on Instagram

A post shared by Ajans.az (@ajans.az)

author picture
Leyla Bayandurlu
Mövzular:
Qasım Süleymani İslam İnqilabı Keşikçiləri Korpusu

Digər Xəbərlər