Reklam resmi
Reklam resmi

Avstraliya vətəndaşlarını dərhal İranı tərk etməyə çağırıb

Avstraliya vətəndaşlarını dərhal İranı tərk etməyə çağırıb
Dünya

Avstraliya hökuməti öz vətəndaşlarını dərhal İranı tərk etməyə çağırıb.

Ajans.az xəbər verir ki,bu barədə Avstraliya Xarici İşlər Nazirliyinin rəsmi məlumat platforması olan SmartTraveller xəbərdarlıq yayıb.

Bəyanatda qeyd olunur ki, ölkə ərazisində kütləvi etiraz aksiyaları davam edir və vəziyyət əvvəlcədən xəbərdarlıq edilmədən sürətlə pisləşə bilər. Bildirilir ki, İranın təhlükəsizlik qüvvələri etirazları sərt şəkildə yatırır, nəticədə çoxsaylı etirazçılar və mülki şəxslər yaralanır, həlak olur və ya saxlanılır.

SmartTraveller Avstraliya vətəndaşlarını böyük kütləvi toplantılardan, yürüşlərdən və etiraz aksiyalarından uzaq durmağa, həmçinin İrana səfər etməkdən çəkinməyə çağırıb.

author picture
Leyla Bayandurlu
Mövzular:
Avstraliya İran

Digər Xəbərlər