Qonşu ölkədə etirazda 170 nəfər həbs olundu
"Hengaw" insan haqları təşkilatı İranda səkkiz gün davam edən etirazlar zamanı 18 nəfərin öldüyünü və ən azı 170 nəfərin həbs olunduğunu təsdiqləyib.
Ajans.az xəbər verir ki, bu barədə "Azad İran" məlumat yayıb.
Məlumata görə, dekabrın 4-də polis Tehran və Buşəhrdə nümayişçilərlə toqquşub, etirazçıları dağıtmaq üçün göz yaşartıcı qazdan istifadə edib. Oxşar toqquşmalar Lahicanda da baş verib.
Bir neçə şəhərin sakinləri internetin kəsilməsi barədə məlumat veriblər. Etirazçılar hökumətin hərəkətlərindən narazılıqlarını bildirərək İslam Respublikasının banisi Xomeyninin və ali lider Xameneinin şəkillərinin əks olunduğu bannerləri yandırıblar.
Mövzular: