Slovakiya tərəfindən axtarılan şəxs Ermənistanda SAXLANILIB
Qanunsuz miqrasiyanın təşkili ilə bağlı axtarışda olan şəxs Yerevanın Zvartnots hava limanında saxlanılıb.
Ajans.az Ermənistanın Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki , 47 yaşlı kişi 27 dekabrda Minsk–Yerevan reysi ilə gəldikdən sonra İctimai Polis İdarəsinin əməkdaşları tərəfindən aparılan istintaq tədbirləri nəticəsində saxlanılıb.
Şəxs Slovakiya Respublikası tərəfindən İnterpol vasitəsilə axtarışa verilmişdi və 6 apreldən qanunsuz miqrasiyanın təşkili ittihamı ilə axtarışda idi. Onun saxlanılması qabaqlayıcı tədbir kimi qiymətləndirilir.
Daxili İşlər Nazirliyi qeyd edib ki, saxlanılan şəxs barədə məlumat Ermənistan Respublikasının İnterpol Milli Mərkəzi Bürosuna və Malatiya-Sebastiya İnzibati Dairəsinin Prokurorluğuna təqdim edilib.
Mövzular: