Reklam resmi
Reklam resmi

İranda etirazlar keçirilir

İranda etirazlar keçirilir
Dünya

İranda dolların məzənnəsinin kəskin artması və pisləşən iqtisadi vəziyyət fonunda etiraz aksiyaları başlayıb.

Ajans.az Iran International telekanalına istinadən xəbər verir ki,etirazlar paytaxt Tehran şəhərində keçirilir.

Bildirilir ki, aksiyalar paytaxtın bir sıra rayonlarını əhatə etməklə yanaşı, Kərəc də daxil olmaqla bir neçə digər şəhərə də yayılıb. Etirazlarla paralel olaraq bəzi ərazilərdə tətillərin baş verdiyi qeyd olunur.

Məlumata əsasən, etirazçılar hökumət əleyhinə şüarlar səsləndirir və ölkədəki iqtisadi böhrana etirazlarını ifadə edirlər.

Hazırda rəsmi qurumlar tərəfindən hadisələrlə bağlı açıqlama verilməyib. Etirazların miqyası və mümkün nəticələri ilə bağlı məlumatlar dəqiqləşdirilir.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
İran etirazlar

Digər Xəbərlər