Reklam resmi
Reklam resmi

Qatar relsdən ÇIXIB: BU ÖLKƏDƏ...

Qatar relsdən ÇIXIB: BU ÖLKƏDƏ...
Dünya

Meksikada baş verən qatar qəzası nəticəsində azı 13 nəfər həyatını itirib, təxminən 100 nəfər yaralanıb.

Ajans.az xəbər verir ki,bu barədə ölkə Prezidenti Klaudiya Şeynbaum sosial media platforması X-də məlumat verib.

Prezidentin sözlərinə görə, Dəniz Qüvvələri Nazirliyi ona okeanlararası qatarın relsdən çıxması ilə bağlı qəza barədə rəsmi məlumat təqdim edib.

“Təəssüf ki, okeanlararası qatarın qəzaya uğraması nəticəsində 13 nəfər ölüb. 98 nəfər yaralanıb, onlardan beşinin vəziyyəti ağırdır”, – deyə Şeynbaum paylaşımında qeyd edib.

Dövlət başçısı əlavə edib ki, yaralılar Matias Romero və Salina Kruz şəhərlərindəki Sosial Təminat İnstitutuna məxsus xəstəxanalarda, həmçinin Xuçitan və İxtepek şəhərlərində yerləşən tibb müəssisələrində müalicə olunurlar.

author picture
Leyla Bayandurlu
Mövzular:
Meksika Qatar

Digər Xəbərlər