Reklam resmi
Reklam resmi

Sərnişin Rusiyaya 55 timsah dərisi qaçaqmalçılıq etməyə çalışıb

Sərnişin Rusiyaya 55 timsah dərisi qaçaqmalçılıq etməyə çalışıb
Dünya

Çin vətəndaşı Şeremetyevo hava limanında 55 timsah dərisi ilə Rusiyaya qaçaqmalçılıq cəhdi zamanı saxlanılıb.

Ajans.az RİA Novosti-yə istinadən xəbər verir ki, dərilərin ümumi dəyəri təxminən 1,7 milyon rubl təşkil edib və sərnişin onları rəsmi şəkildə bəyan etməyib. Hadisə ilə bağlı şəxsin qarşısına inzibati məsuliyyət məsələsi qoyulub və artıq ona qarşı inzibati iş başlanıb.

Qeyd edək ki, bu, Rusiyada hava limanlarında qaçaqmalçılığın qarşısının alınması istiqamətində aparılan nəzarət tədbirlərinin davamı olaraq həyata keçirilən əməliyyatlardan biridir. Bundan əvvəl Baş Prokurorluq Domodedovo hava limanında 18,5 milyard rubl dəyərində oğurluğun qarşısını almışdı.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Rusiya Çin

Digər Xəbərlər