Reklam resmi
Reklam resmi

Tramp və Zelenski 28 dekabrda görüşə BİLƏR

Tramp və Zelenski 28 dekabrda görüşə BİLƏR
Dünya

Ukrayna Prezidenti Vladimir Zelenski sülh prosesi ilə bağlı danışıqlar aparmaq üçün 28 dekabrda ABŞ-a səfər etməsi planlaşdırılır.

Ajans.az Kiev Post qəzetinə istinadən xəbər verir ki, qarşıdan gələn görüş ABŞ Prezidenti Donald Trampın Florida ştatının Mar-a-Laqo şəhərindəki iqamətgahında baş tuta bilər. Kiyev rəhbərliyi artıq ABŞ-a səfər üçün hazırlıqlara başlayıb.

Ukrayna üzrə ABŞ-Avropa əməkdaşlığında iştirak edən yüksək vəzifəli Qərb rəsmisi anonimlik şərti ilə açıqlayıb ki, sülh danışıqlarının konkretlik səviyyəsi əvvəlkindən daha yüksəkdir, lakin bəzi məsələlər hələ də çətin olaraq qalır. Onun sözlərinə görə, bunlara təhlükəsizlik zəmanətləri, potensial sülh müqaviləsinə nəzarət və Rusiyanın hüquqi öhdəlikləri daxildir.

Xatırladaq ki, cümə axşamı Zelenski ABŞ-ın xüsusi elçisi Stiven Vitkov və ABŞ prezidentinin kürəkəni, sahibkar Cared Kuşner ilə telefon danışığı aparıb.

Görüşün nəticələri Ukrayna ilə ABŞ arasındakı sülh danışıqları baxımından önəmli addım kimi qiymətləndirilir.

author picture
Leyla Bayandurlu
Mövzular:
Ukrayna ABŞ

Digər Xəbərlər