Rusiyada GÜCLÜ ZƏLZƏLƏ
25 dekabr, cümə axşamı günü Kuril adaları sahillərində 4,1 bal gücündə zəlzələ qeydə alınıb.
Ajans.az xəbər verir ki,bu barədə Avropa–Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.
Zəlzələ yerli vaxtla saat 15:22-də (Bakı vaxtı ilə 10:22) baş verib. Yeraltı təkanların episentri Kurilsk şəhərindən təxminən 121 kilometr cənub-şərqdə yerləşib. Həmin ərazidə təxminən 1600 nəfər yaşayır.
Məlumata görə, zəlzələnin ocağı 40 kilometr dərinlikdə olub. Dağıntılar və ya xəsarət alanlarla bağlı məlumat verilməyib.
Mövzular: