TikTok “trendi” ilə bağlı qalmaqal: Yeniyetmələr namazı lağa qoyur
Türkiyədə sosial mediada yayılan yeni TikTok trendi ölkədə geniş ictimai müzakirələrə səbəb olub. Trendə görə, bəzi məktəb şagirdləri və digər yeniyetmələr namazı və məscidlərdə səcdə edərkən ölən insanları təqlid edərək lağa qoyurlar.
Ajans.az xəbər verir ki,“Əyləncə” adı altında yayılan bu videolar qısa zamanda həm ölkə daxilində, həm də beynəlxalq aləmdə qəzəb doğurub. İctimaiyyət videoları yumor və ya söz azadlığı deyil, dini hisslərə hörmətsizlik və İslam ibadətinə qarşı təhqir kimi qiymətləndirir.
Türkiyə hakimiyyətindən belə məzmunun yayılmasının qarşısını almaq və müdaxilə etmək çağırışları səsləndirilir.
Qalmaqal ölkə sərhədlərini də aşaraq, dünyanın müxtəlif ölkələrindən müsəlmanlar sosial mediada qəzəblərini bildirir və Türkiyə hakimiyyətini tədbir görməyə çağırırlar.
Посмотреть эту публикацию в Instagram
Mövzular: