Reklam resmi
Reklam resmi

İranda əfqanıstanlı general ÖLDÜRÜLDÜ

İranda əfqanıstanlı general ÖLDÜRÜLDÜ
Dünya

Əfqanıstan Milli Müqavimət Cəbhəsinin Siyasi Komitəsinin sədri Əli Meysam Nəzəri Təxar əyalətinin keçmiş polis komandiri general Əkrəməddin Sarinin qətlə yetirilməsini təsdiqləyib və hadisəni “açıq-aşkar cinayət” adlandırıb.

Ajans.az Azad İran Teleqram kanalına-a istinadən xəbər verir ki, general Sari uzun illər ərzində Əfqanıstan xalqının təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayıb və davamlı təhdidlərə məruz qalıb. O vurğulayıb ki, generalın ölümü ölkə üçün böyük itkidir.

“Nazəri bildirib ki, bu hadisə Talibanın yerindən asılı olmayaraq zülmə və zorakılığa qarşı çıxan hər kəsi hədəf aldığını bir daha göstərir. General Sarinin öldürülməsi Taliban siyasətinin təkcə Əfqanıstan daxilində deyil, ölkə hüdudlarından kənarda da davam etdiyini simvolizə edir”, – deyə açıqlamada qeyd olunub.

O əlavə edib ki, Talibanın fəaliyyəti regionda qeyri-sabitliyin artmasına və təhlükəsizlik risklərinin yayılmasına xidmət edir.

Məlumata görə, general Əkrəməddin Sari 24 dekabr 2025-ci ildə Tehranda silahlı hücum nəticəsində öldürülüb. Naməlum silahlı şəxslər onun evə qayıdarkən avtomobilinə atəş açıblar. Hadisə ilə bağlı rəsmi qurumlar tərəfindən araşdırma aparılır.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Əfqanıstan Milli Müqavimət Cəbhəsinin Siyasi Komitəsi Əli Meysam Nəzəri

Digər Xəbərlər