ABŞ-da qocalar evində PARTLAYIŞ
ABŞ-ın Pensilvaniya ştatının Filadelfiya şəhəri yaxınlığında yerləşən qocalar evində baş verən partlayış və yanğın nəticəsində azı iki nəfər həyatını itirib, təxminən beş sakin isə itkin düşüb.
Ajans.az xəbər verir ki,bu barədə CNN məlumat yayıb.
Məlumata görə, güclü yanğın və partlayışdan sonra xilasedicilər, obyektin əməkdaşları və ətrafdakı sakinlər yaşlı insanların təcili şəkildə təhlükəsiz əraziyə təxliyəsinə başlayıblar. Pensilvaniya qubernatoru Coşua Şapiro hadisə ilə bağlı açıqlamasında ölənlərin və itkin düşənlərin olduğunu təsdiqləyib.
Xilasedicilər binadan ən azı üç sakini xərəklərdə çıxarıblar. Hadisə yerinə ilk çatan şəxslərdən biri olan bir vətəndaş daha altı sakinin xilas edilməsinə kömək edib.
Yanğın nəticəsində binanın bir hissəsi uçub. İlkin ehtimallara görə, faciəyə qaz sızması səbəb olub. Hadisənin dəqiq səbəbləri araşdırılır.

Mövzular: