Reklam resmi
Reklam resmi

Dəhşətli ZƏLZƏLƏ- BU ÖLKƏDƏ...

Dəhşətli ZƏLZƏLƏ- BU ÖLKƏDƏ...
Dünya
410

Papua Yeni Qvineyada, Yeni Qvineya adasının şərq hissəsində 6,4 bal gücündə güclü zəlzələ qeydə alınıb.

Ajans.az xəbər verir ki,bu barədə TASS Avropa–Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən məlumat yayıb.

Mərkəzin açıqlamasına görə, yeraltı təkanlar təxminən 18,5 min nəfərin yaşadığı Qoroka şəhərindən 35 kilometr şimalda baş verib. Zəlzələnin ocağı 88 kilometr dərinlikdə yerləşib.

Hazırda tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi ilə bağlı da xəbərdarlıq edilməyib.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Papua Yeni Qvineya zəlzələ

Digər Xəbərlər