Reklam resmi
Reklam resmi

Məşhur aktrisa VƏFAT ETDİ

Məşhur aktrisa VƏFAT ETDİ
Dünya

Rusiya Federasiyasının Xalq Artisti, Tver Akademik Dram Teatrının aparıcı aktrisalarından biri İrina Andrianova 76 yaşında dünyasını dəyişib.

Ajans.az xəbər verir ki,bu barədə teatrın mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, aktrisa uzun sürən xəstəlikdən sonra vəfat edib.

Teatrın açıqlamasında qeyd olunur: “Teatr kollektivi İrina Vasilyevna Andrianovanın ailəsinə, yaxınlarına və onun yaradıcılığının bütün pərəstişkarlarına dərin hüznlə başsağlığı verir.”

İrina Andrianova uzun illər səhnədə yaratdığı parlaq obrazlarla tamaşaçıların yaddaşında qalıb və Rusiya teatr sənətinin inkişafına mühüm töhfələr verib.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
İrina Andrianova Rusiya

Digər Xəbərlər