Reklam resmi
Reklam resmi

Paşinyanın təyyarəsinə Moskvaya eniş İCAZƏSİ VERİLMƏDİ

Paşinyanın təyyarəsinə Moskvaya eniş İCAZƏSİ VERİLMƏDİ
Dünya

Ermənistanın baş naziri Nikol Paşinyanın olduğu təyyarə Moskvaya eniş icazəsi verilmədiyi üçün Sankt-Peterburqa məcburi eniş edib. 

Ajans.az xəbər verir ki, bununla bağlı Ermənistan KİV-i məlumat yayıb.

ACJ319 təyyarəsi bir saata yaxın Tver vilayəti üzərində dövrə vuraraq eniş fürsətini gözləyib, lakin sonda Pulkovo hava limanına yönləndirilib.

Məlumata görə, həmin an Moskva vilayəti üzərində pilotsuz təyyarələrin hücumu olub. 

Müdafiə Nazirliyinin məlumatına görə, hava hücumundan müdafiə qüvvələri gecə ərzində Moskva vilayətində 32 pilotsuz uçuş aparatını vurub.

Mövzular:
Ermənistan Paşinyan təyarə Moskva

Digər Xəbərlər