Çində dəhşətli yanğın: 12 nəfər ÖLDÜ
Çinin cənubundakı Quanqdonq əyalətində yerləşən fərdi yaşayış evində baş verən güclü yanğın nəticəsində 12 nəfər həyatını itirib.
Ajans.az Sinxua agentliyinə istinadən xəbər verir ki, hadisə Şantou şəhərinin Çaonan rayonunda qeydə alınıb. Yanğın ümumilikdə 150 kvadratmetr sahəsi olan, özəl tikilmiş dördmərtəbəli binada baş verib.
İlkin məlumatlarda səkkiz nəfərin öldüyü, dörd nəfərin isə yaralandığı bildirilirdi. Daha sonra ölənlərin sayı 12-yə yüksəlib.

Mövzular: