Reklam resmi
Reklam resmi

ABŞ-də ATIŞMA- YARALILAR var

ABŞ-də ATIŞMA- YARALILAR var
Dünya

Dekabrın 9-da ABŞ-nin Kentukki Universitetində baş verən silahlı insident nəticəsində bir neçə nəfər yaralanıb, hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Ajans.az xəbər verir ki, bu barədə ştatın qubernatoru Endi Beşir "X" sosial şəbəkəsində yazıb.

"Biz Frankfortdakı universitetdə atışma barədə məlumatlıyıq. Hazırda bir neçə zərərçəkən məlumdur. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir, şübhəli şəxs saxlanılıb", - o yazıb.

Hadisənin başvermə səbəbi və zərərçəkənlərin səhhəti barədə hələ məlumat yoxdur.

Mövzular:
ABŞ Atışma

Digər Xəbərlər