Bakıda partlayışın baş verdiyi villa vəzifəli şəxsin QARDAŞININ imiş
Xəbər verdiyimiz kimi, bu gün Bakının Bakıxanov qəsəbəsində yerləşən villaların birində partlayış baş verib.
Ajans.az xəbər verir ki, partlayışın baş verdiyi villanın sahibi Təyyar Bağırovdur.
Təyyar Bağırov hüquq-mühafizə orqanlarında çalışan vəzifəli şəxsin qardaşıdır.
Hadisə su hovuzunda qaynaq aparatını işə salan zaman baş verib. Hadisə nəticəsində iki usta müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlardan 1982-ci il təvəllüdlü kişi Sabunçu Tibb Mərkəzində həkimlərin səylərinə baxmayaraq, dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Mövzular: