Zelenski namizədlərin adlarını açıqladı
Ukrayna prezidenti Volodimir Zelenski Andrey Yermakın istefasından bəri ilk dəfə Prezident Aparatının rəhbəri vəzifəsinə namizədlərin adını açıqlayıb.
Ajans.az xəbər verir ki, namizədlər arasında Müdafiə naziri Denis Şmıqal və Rəqəmsal Transformasiya naziri Mixail Fyodorov da var.
Zelenski həmçinin əlavə edib ki, adıçəkilən şəxsləri bu vəzifəyə təyin etməzdən əvvəl Ali Rada onları hazırkı vəzifələrindən azad etməlidir.
Zelenski həmçinin qeyd edib ki, Rəqəmsal Transformasiya Nazirliyində Fyodorovun yerini kimin tuta biləcəyini bilmir.
Mövzular: