ABŞ-də GÜCLÜ ZƏLZƏLƏ
ABŞ-ın Alyaska ştatında 5,8 bal gücündə zəlzələ qeydə alınıb.
Ajans.az xəbər verir ki,bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Məlumata görə, yeraltı təkanların episentri Yakutat şəhərindən təxminən 90 kilometr şimalda yerləşib, ocağın dərinliyi isə 5 kilometr olub.
Hadisə nəticəsində xəsarət alanların və dağıntıların olmadığı bildirilib.
Mövzular: