Rusiyada Snapchat bloklandı
Roskomnadzor (Rusiyanın Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Media Nəzarəti üzrə Federal Xidməti) Rusiyada Snapchat mesajlaşma tətbiqinin bloklandığını açıqlayıb.
Ajans.az xəbər verir ki,bu barədə məlumatı qurumun mətbuat xidməti RBC-yə təsdiqləyib.
Qurum bildirib ki, hüquq-mühafizə orqanlarının məlumatına əsasən, xidmət “ölkədə terror fəaliyyətlərinin təşkilində və aparılmasında, cinayətkarların cəlb edilməsində, vətəndaşlara qarşı fırıldaqçılıq və digər cinayətlərin törədilməsində istifadə olunur”.
Mövzular: