Ermənistan və BƏƏ bir-birinin sürücülük vəsiqələrini tanıyacaq
Ermənistan hökuməti 4 dekabrda keçirilən iclasda “Ermənistan Daxili İşlər Nazirliyi və Birləşmiş Ərəb Əmirlikləri Daxili İşlər Nazirliyi tərəfindən verilmiş sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında” Anlaşma Memorandumunu təsdiqləyib.
Ajans.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, tərəflər bir-birinin ölkəsinə yaşayış məqsədi istisna olmaqla digər məqsədlərlə səfər edən vətəndaşlara verilmiş sürücülük vəsiqələrinin etibarlılığını qarşılıqlı olaraq tanıyırlar.
Mövzular: