Macarıstan və Slovakiya Avropa Birliyini məhkəmə verirlər
Macarıstan və Slovakiya gələn ilin sentyabr ayına qədər Avropa Birliyinin Rusiya qazının tədricən dayandırılması qərarına etiraz etməyi planlaşdırır.
Ajans.az xəbər verir ki,bu barədə Macarıstanın xarici işlər naziri Peter Sijjarto sosial mediada məlumat verib:
"RePowerEU planı rəsmi olaraq qəbul edilən kimi dərhal Avropa Ədalət Məhkəməsində etiraz edəcəyik. Məhkəmə prosesi dərhal başlayacaq. Hazırlıq işləri artıq gedir. Ölkənin enerji təhlükəsizliyini qorumaq üçün lazım olan hər şeyi edəcəyik."
Qeyd edək ki, bu addım Avropa İttifaqının enerji siyasəti və üzv ölkələrin enerji təhlükəsizliyi ilə bağlı gərginlikləri bir daha gündəmə gətirir.
Mövzular: