Reklam resmi
Reklam resmi

Aİ Rusiya qazının dayandırılması planını təsdiqlədi

Aİ Rusiya qazının dayandırılması planını təsdiqlədi
Dünya

Avropa İttifaqı Şurası və Avropa Parlamenti 2027-ci ilə qədər Rusiyadan təbii qaz idxalının tamamilə dayandırılmasını nəzərdə tutan ilkin razılaşma imzalayıb.

Ajans.az xəbər verir ki,bu barədə Aİ-nin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, yeni qaydalar Rusiya Federasiyasından mayeləşdirilmiş təbii qazın (LNG) və boru kəməri qazının idxalına hüquqi cəhətdən məcburi, mərhələli qadağa tətbiq edir. Qadağanın birinci mərhələsi 2026-cı ilin sonunda, tam qüvvəyə minməsi isə 2027-ci ilin payızında gözlənilir.

Aİ rəsmiləri qeyd ediblər ki, qərar Rusiya qazından asılılığı azaltmağı hədəfləyən REPowerEU proqramının əsas elementlərindən biridir. Sənəd 2022-ci ilin mayında qəbul edilən proqram çərçivəsində Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsinə yönəlib.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Avropa İttifaqı Şurası Rusiya

Digər Xəbərlər