Reklam resmi
Reklam resmi

Bu şəxslərə müvəqqəti MƏNZİLLƏR VERİLDİ

Bu şəxslərə müvəqqəti MƏNZİLLƏR VERİLDİ
Dünya

Honkonq Xüsusi İnzibati Bölgəsinin rəsmiləri bildiriblər ki, Vanq Fuk Kort mənzil kompleksində baş vermiş yanğından sonra 2400 nəfər müvəqqəti yaşayışla təmin olunub.

Ajans.az xarici KİV-rə istinadən xəbər verir ki, 945 nəfər gənclər yataqxanalarında, düşərgələrdə və otellərdə yerləşdirilib. Daha 1470 sakin isə Mənzil Bürosu və Honkonq Mənzil Cəmiyyətinin filialları tərəfindən təqdim olunan müvəqqəti mənzillərə köçürülüb.

Yanğından zərər çəkən digər sakinlər iki müvəqqəti yaşayış mərkəzində, eləcə də qohum və dostlarının evlərində qalmağa davam edirlər.

Honkonq Səhiyyə Bürosu bildirib ki, dövlət xəstəxanalarında müalicə olunanlar da daxil olmaqla, bütün zərərçəkmişlərin müalicə və reabilitasiya xərcləri tam şəkildə dövlət hesabına qarşılanacaq.

author picture
Leyla Bayandurlu
Mövzular:
Honkonq yanğın

Digər Xəbərlər