Reklam resmi
Reklam resmi

Rusiyalı iş adamı və həyat yoldaşının cəsədləri BƏƏ-də tapılıb

Rusiyalı iş adamı və həyat yoldaşının cəsədləri BƏƏ-də tapılıb
Dünya

Rusiyalı iş adamı Roman Novak və onun həyat yoldaşının cəsədləri Birləşmiş Ərəb Əmirliklərində tapılıb.

Ajans.az xəbər verir ki,bu barədə 78.ru məlumat yayıb.

Portalın bildirdiyinə görə, cütlüyün qalıqları təxminən iki həftə əvvəl səhrada aşkar edilib. Hadisə ilə bağlı xəsarət izləri və digər detallar açıqlanmayıb.

Novak ailəsinin qətli barədə məlumat oktyabr ayında qohumlarının polisə müraciətindən sonra üzə çıxıb. Məlumata görə, iş adamı və həyat yoldaşı BƏƏ-də səfərdə olub və Hatta şəhərində investorlarla görüşməli imişlər. Onları müşayiət edən şəxsi sürücü cütlüyü əvvəlcə gölə aparıb, daha sonra isə onların başqa bir avtomobilə mindiyi bildirilib. Həmin vaxtdan etibarən cütlüklə əlaqə kəsilib.

İlkin versiyalara əsasən, onları oğurlayanlar iş adamından böyük məbləğdə pul tələb edib. Roman Novakun bu vəsaiti kriptovalyuta cüzdanlarında saxladığı ehtimal olunurdu. Medianın iddialarına görə, cütlüyün cəsədləri hissələrə bölünmüş halda tapılıb.

Rusiya Daxili İşlər Nazirliyinin məlumatına görə, qətldə şübhəli bilinən şəxslər saxlanılıb. Bildirilir ki, həmin şəxslər əvvəllər ailəni girov saxladıqları avtomobili və binanı icarəyə götürüblər.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Roman Novak Birləşmiş Ərəb Əmirlikləri

Digər Xəbərlər