İran vitse-prezidentinin həyat yoldaşı yol qəzasında həlak olub
İranın vitse-prezidenti İsmayıl Saqab Esfahaninin həyat yoldaşı Gərmsar–Tehran magistral yolunda baş verən yol qəzasında həyatını itirib.
Ajans.az xəbər verir ki,bu barədə Azad İran Teleqram kanalı məlumat yayıb.
Bildirilib ki, vitse-prezidentin həyat yoldaşı hadisə yerində dünyasını dəyişib. Qəza zamanı üç uşaq və Esfahaninin həyat yoldaşının atası yaralanaraq müalicə üçün Gərmsardakı tibb mərkəzinə yerləşdirilib.


Mövzular: