Gürcüstanda ATIŞMA: 1 ölü, 2 yaralı var
Gürcüstanın Kutaisi şəhərində atışma olub.
Ajans.az bu barədə gürcü mediasına istinadən xəbər verir.
İlkin məlumata görə, qanlı toqquşma nəticəsində üç nəfər yaralanıb. Bildirilib ki, naməlum şəxs həyətlərdən birinə girərək atəş açıb.
Yaralılar xəstəxanaya aparılıb. Yaralılardan biri isə aldığı xəsarətlər nəticəsində xəstəxanada ölüb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparır.
Mövzular: