Reklam resmi
Reklam resmi

Moldova MDB sazişlərindən çıxır?

Moldova MDB sazişlərindən çıxır?
Dünya

Moldova Parlamenti MDB ölkələri vətəndaşları üçün vizasız səyahət haqqında sazişin ləğvini birinci oxunuşda təsdiqləyib.

Ajans.az xəbər verir ki,bu barədə RIA Novosti Parlamentin sədri İqor Qrosuya istinadən məlumat yayıb.

12 noyabrda Moldova hökuməti MDB daxilində imzalanmış yeddi sazişin, o cümlədən 9 oktyabr 1992-ci ildə Bişkekdə imzalanmış vətəndaşlara 90 günə qədər vizasız səyahət imkanı verən sazişin ləğvini təsdiqləmişdi.

“Altmış bir deputat bu sazişi birinci oxunuşda ləğv etmək qərarının lehinə səs verdi”, — deyə Qrosu bildirib.

Qanun layihəsinin müəllifləri qeyd edirlər ki, Moldova hazırda Tacikistan və Qırğızıstan istisna olmaqla, demək olar ki, bütün MDB ölkələri ilə ikitərəfli vizasız səyahət müqavilələrinə malikdir.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Moldova Parlamenti MDB ölkələri

Digər Xəbərlər