Reklam resmi
Reklam resmi

İranda pilotun çəkdiyi görüntülər narahatlıq yaradıb

İranda pilotun çəkdiyi görüntülər narahatlıq yaradıb
Dünya

Tehrana eniş edən sərnişin təyyarəsinin pilotu tərəfindən çəkilən video sosial şəbəkələrdə böyük rezonans doğurub.

Ajans.az “Azad İran” Telegram kanalına istinadən xəbər verir ki, kadrlarda paytaxtın pilot kabinəsindən qalın duman və çirklənmə təbəqəsi altında görünməsi şəhərdəki hava keyfiyyətinin nə dərəcədə kritik vəziyyətdə olduğunu göstərir.

Cəmi iki gün əvvəl Tehran dünyanın ən çirkli şəhəri elan edilib. İran Meteorologiya Təşkilatının məlumatına görə, hava çirkliliyi səviyyəsi xüsusilə sənaye zonalarında və sıx məskunlaşmış rayonlarda artmaqda davam edir.

Son günlərdə yüksək çirklənmə səbəbindən bir neçə şəhərdə məktəblər və dövlət idarələri müvəqqəti bağlanıb. Mütəxəssislər xəbərdarlıq edirlər ki, mövcud hava keyfiyyəti bütün yaş qrupları üçün təhlükəli səviyyəyə çatıb.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
İran təyyarə

Digər Xəbərlər