Reklam resmi
Reklam resmi

Venesuela 6 Beynəlxalq Aviaşirkətin uçuş icazələrini ləğv edib

Venesuela 6 Beynəlxalq Aviaşirkətin uçuş icazələrini ləğv edib
Dünya

Venesuela ABŞ Federal Aviasiya Administrasiyasının ölkəyə uçuşları dayandırmaq barədə əmri fonunda altı xarici aviaşirkətin uçuş icazələrini ləğv edib.

Ajans.az Reuters-ə istinadən xəbər verir ki, Venesuela Mülki Aviasiya İdarəsi Iberia, TAP, Avianca, Latam Colombia, Turkish Airlines və Gol şirkətlərinin icazələrini ləğv edib. Karakas, yerli aviaşirkətlərin kommersiya uçuşlarını birtərəfli şəkildə dayandırmasını “ABŞ tərəfindən təşviq edilən terror aktlarına qoşulmaqda” günahlandırıb.

Bildirilib ki, son günlərdə bir sıra beynəlxalq aviaşirkətlər Venesuelaya uçuşları Karakasın tətbiq etdiyi bərpa müddətlərinə riayət etmədən dayandırıb. Həmçinin, Iberia şirkəti təhlükəsiz şərait təmin olunduqdan sonra Venesuelaya uçuşları bərpa etməyə hazır olduğunu açıqlayıb.

author picture
Leyla Bayandurlu
Mövzular:
Venesuela ABŞ

Digər Xəbərlər