Çində sınaq qatarının toqquşması 11 işçinin ölümünə səbəb olub
Çinin cənubundakı Kunmin əyalətində seysmik avadanlıqları sınaqdan keçirən qatarın tikinti işçiləri ilə toqquşması nəticəsində 11 nəfər həlak olub, 2 nəfər isə yaralanıb.
Ajans.az xəbər verir ki,bu barədə yerli media Kunmin Dəmir Yolu Administrasiyasının açıqlamasına istinadla məlumat yayıb.
Hadisə bu səhər Luoyangzhen stansiyasının relslərində baş verib. Məlumata görə, qatar əyri yolda hərəkət etdiyi zaman iş aparan tikinti briqadasına çırpılıb.
Müstəntiqlər insidentin səbəblərini və təfərrüatlarını araşdırırlar. Yaralılar xəstəxanaya yerləşdirilib. Stansiyada qatar hərəkətinin artıq bərpa olunduğu bildirilib.
Mövzular: