İranlı deputat keçmiş prezidenti oğlunun ölümü ilə bağlı ittiham edir
Radikal mühafizəkar İran deputatı Həmid Resai keçmiş prezident Həsən Ruhaninin oğlunun ölümündə şübhəli olduğunu iddia edib.
Ajans.az xəbər verir ki,bu barədə məlumatı “Azad Iran” Telegram kanalı yayıb.
Resai dövlət televiziyasına müsahibəsində Ruhaninin oğlunun ölümü ilə bağlı təfərrüatların hələ də aydın olmadığını bildirib. Onun sözlərinə görə, hadisə ilə əlaqədar adı hallanan şəxs 17 il ərzində gizli şəkildə Böyük Britaniyaya səfərlər edib və onun akademik işlərində plagiat iddiaları mövcuddur. Deputat həmçinin həmin şəxsin ikili vətəndaşlığa sahib ola biləcəyini də qeyd edib.
Millət vəkili ifadələrinin böhtan xarakteri daşıdığını təkzib edərək belə deyib:
“Əvvəlcə Həsən Ruhani oğlunu öz silahı ilə öldürüb. Onun evi hərbi bazada yerləşirdi və kənar şəxsin ciddi şəkildə qorunan bu əraziyə daxil olması mümkün deyildi. Cinayət xidməti silahdan istifadə etməklə törədilib və Ruhani bu barədə polisə məlumat verməyib.”