Məşhur müğənni güllələnib
Los-Anceles polisi 22 yaşlı latın musiqisi müğənnisi və təsir gücünə malik şəxs Maria de la Rosanın şənbə günü səhər saatlarında şəhərin Nortric məhəlləsində pusquda güllələnərək öldürüldüyünü bildirib.
Ajans.az "Independent" nəşrinə istinadən xəbər verir ki, qurban səhnə fəaliyyətini DELAROSA adı ilə davam etdirirdi. Hadisə zamanı o, digər şəxslərlə birlikdə park edilmiş avtomobildə oturub.
Şahidlər polisə bildiriblər ki, şübhəlilər avtomobilə yaxınlaşaraq bir neçə dəfə atəş açıblar. Los-Anceles polisinin açıqlamasına görə, hadisə gecə saat 01:25 radələrində baş verib. Yaralı müğənni xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyib.
ABC Los Angeles xəbər verir ki, avtomobildə olan digər iki nəfər də yaralanıb. Onların vəziyyəti barədə əlavə məlumat verilməyib. Hadisə ilə bağlı hələlik heç kim saxlanılmayıb və hücumun motivi bəlli deyil.
Mövzular: