Gürcüstanda yeni qadağa
Gürcüstanda 18 yaşdan kiçik şəxslərin "bibər qazı" alması və daşımasına görə cəzalar tətbiq olunacaq.
Ajans.az xəbər verir ki,bu barədə daxili işlər nazirinin müavini Aleksandr Daraxvelidze parlamentin idman komitəsinin iclasında məlumat verib, Georgia Online yazır.
Daraxvelidzenin sözlərinə görə:
- 18 yaşdan kiçik, lakin 16 yaşdan yuxarı şəxslərə bibər qazı verilməsi halında inzibati cəza tətbiq ediləcək.
- Əgər bibər qazı 16 yaşdan kiçik şəxsin əlində aşkarlanarsa, hüquq-mühafizə orqanları araşdırma aparacaq və onu satan hüquqi və ya fiziki şəxs məsuliyyətə cəlb olunacaq.
“Məsuliyyət satıcı üzərində olacaq — onun 18 yaşdan kiçik şəxsə bibər qazı satmaq hüququ yox idi. Bu halda valideyn məsuliyyəti nəzərdə tutulmur”, — Daraxvelidze bildirib.
Mediyanın məlumatına görə, hazırda parlamentdə akustik (səs) silahların, elektroşok cihazlarının və qaz-aerozol vasitələrinin dövriyyəsini tənzimləyən qanun dəyişikliyi müzakirə olunur.
Mövzular: