30-dan çox ölkənin koalisiyası Ukrayna ilə bağlı videokonfrans keçirəcək
Sabah 30-dan çox ölkənin daxil olduğu “könüllülər koalisiyası”nın üzvləri Ukrayna ilə bağlı vəziyyəti müzakirə etmək üçün videokonfrans keçirəcək
Ajans.az xəbər verir ki,bu barədə Brüsseldə keçirilən mətbuat konfransında Avropa Komissiyasının mətbuat xidmətinin rəhbəri Paula Pinho məlumat verib. Onun sözlərinə görə, görüşdə bu gün Luandada Aİ liderləri arasında aparılan müzakirələrin davamı olaraq növbəti addımlar ətrafında fikir mübadiləsi aparılacaq.
Pinho vurğulayıb ki, Brüssel tərəfindən təqdim olunan sülh planının maddələri Ukraynaya qarşı “əks təklif” kimi qiymətləndirilməməlidir.
“Bunlar Aİ-nin fikrincə, Ukraynada davamlı sülhün təmin edilməsinə və Avropanın təhlükəsizliyinin möhkəmləndirilməsinə töhfə verə biləcək əsas təkliflərdir. AK prezidenti dünən üç əsas məqamı diqqətə çatdırdı, o cümlədən Aİ-nin sülh prosesində mərkəzi rolunun tanınması”, — Pinho bildirib.
Mövzular: