Reklam resmi
Reklam resmi

Şou ulduzu həbs edilib

Şou ulduzu həbs edilib
Dünya

BBC One-da yayımlanan məşhur Britaniya televiziya şousu “Strictly Come Dancing” iştirakçısının təcavüz şübhəsi ilə həbs olunduğu bildirilib.

Ajans.az The Sun qəzetinə istinadən xəbər verir ki, son üç ayda şouda saxlanılan ikinci iştirakçıdır.

Həbs edilən iştirakçının adı açıqlanmır. Bildirilir ki, onu cinayətdə ittiham edən qadının şou ilə heç bir əlaqəsi yoxdur. BBC One-a yaxın mənbə qeyd edib ki, əvvəlki həbs kanal rəhbərliyi üçün də şok olub: “BBC [One] buna ciddi yanaşır və iştirak edən hər kəsi dəstəkləməyə sadiq qalacaq”.

İlk həbs avqustun sonunda baş verib, həmin iştirakçının adı da açıqlanmamışdır. Bundan əlavə, onun başqalarının intim şəkillərini qanunsuz olaraq yaydığı məlum olub.

Qeyd edək ki, “Strictly Come Dancing” 2004-cü ildən BBC One-da yayımlanan Britaniya rəqs müsabiqəsi şousudur. Proqramda peşəkar rəqqaslar teatr, film və televiziya ulduzları ilə cütlük təşkil edir.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
BBC One “Strictly Come Dancing”

Digər Xəbərlər