Ryabkov: Putin-Tramp görüşü gündəmdədir
Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Tramp arasında daha bir görüşün keçirilməsi ehtimalı gündəmdədir.
Ajans.az Reuters-ə istinadən xəbər verir ki, bunu Xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.
O, "International Affairs" jurnalına verdiyi müsahibədə Rusiya ilə ABŞ arasında əlaqələrin dayandırılmadığını və dialoq kanallarının fəaliyyət göstərdiyini bildirib.
Ryabkov həmçinin Çin və ABŞ ilə nüvə sabitliyi ilə bağlı üçtərəfli görüşün mümkünlüyünü şərh edərək bildirib ki, Moskva Pekini buna sövq etmək niyyətində deyil.
Xatırladaq ki, Tramp və Putin sonuncu dəfə avqust ayında Alyaskada görüşüblər. Lakin Moskvanın Ukraynadakı müharibəsini həll etmək və ya dayandırmaq üçün heç bir razılaşma əldə edə bilməyiblər. Budapeştdə görüşmək planı qeyri-müəyyən müddətə təxirə salınıb.
Mövzular: