Ukrayna Trampın sülh planı ilə bağlı mövqeyini açıqlayıb
Ukrayna, ABŞ prezidenti Donald Trampın təklif etdiyi sülh planındakı bir sıra müddəalarla razı olmadığını BMT Təhlükəsizlik Şurasının iclasında bəyan edib.
Ajans.az Lenta.ru-ya istinadən xəbər veriri ki,Ukraynanın BMT-dəki daimi nümayəndəsinin müavini Xristina Qayoviş çıxışı zamanı bildirib ki, Kiyev hansı ittifaqlara qoşulmaq barədə seçim hüququnun məhdudlaşdırılmasını qəbuledilməz hesab edir: “Hansı ittifaqlara qoşulacağımızı seçmək suveren hüququmuzdur və bunun hər hansı şəkildə pozulmasına razılığıq yoxdur”, – o vurğulayıb.
Diplomat əlavə edib ki, Ukraynanın “qırmızı xətləri” dəyişməzdir və Kiyev referendumların nəticələrinə əsasən yeni bölgələrin Rusiyaya daxil edilməsini tanımayacaq.
Mövzular: