Braziliya rəsmi sənədlərdə gender neytral terminlərin istifadəsini qadağan edib
Braziliya Prezidenti Luiz İnasio Lula da Silva rəsmi hökumət sənədlərində “gender neytral dili” istifadəsini qadağan edən qanunu imzalayıb.
Ajans.az CNN Brasil-ya istinadən xəbər verir ki, Braziliya rəsmiləri əvvəllər cinsini müəyyən etməyən şəxslərə ünvanlanan dəyişdirilmiş gender neytral terminlərdən istifadə edirdilər. Yeni qanun isə bu terminlərin istifadəsini qadağan edir və dövlət qurumlarından yalnız klassik portuqal dili standartları və qrammatik qaydalarına riayət etmələrini tələb edir. Bundan əlavə, rəsmilər jarqon və xarici terminlərdən istifadə etməməlidirlər.
Mövzular: