Tramp aparıcını efirdən uzaqlaşdırılmasını tələb etdi
ABŞ prezidenti Donald Tramp ABC News-u gecə şousunun aparıcısı Cimmi Kimmeli istedadsızlıqda ittiham etməsinə baxmayaraq, onun verilişini efirdə saxlamaqda günahlandırıb.
Ajans.az xəbər verir ki,dövlət başçısı bu barədə TruthSocial sosial şəbəkəsində paylaşım edib.
Tramp mesajında yazıb: “Niyə ABC Fake News istedadsız və çox aşağı televiziya reytinqinə malik Cimmi Kimmeli efirdə saxlamağa davam edir? Niyə televiziya sindikatları buna dözür?”
Prezidentin sözlərinə görə, Kimmel reportajlarında tam qərəz nümayiş etdirir. Tramp teleaparıcının efirdən uzaqlaşdırılmasını tələb edib və onu “məğlub” adlandırıb.
Mövzular: