Ağ Evdə Maskın qəribə sualını dodaq oxuyucusu ortaya çıxardı
Ağ Evdə təşkil olunan qala şam yeməyi zamanı milyarder iş adamı və SpaceX-in qurucusu Elon Maskın qonaqlardan birinə ünvanladığı qeyri-adi sual diqqət çəkib.
Ajans.az Daily Mail-ə istinadən xəbər verir ki, Mask qonaqdan Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman əl-Səudu terrorçu hesab edib-etmədiyini soruşub.
Nəşrin yazdığına görə, Mask bu sualı əczaçılıq şirkəti Pfizer-in baş direktoru Albert Bourlaya ünvanlayıb. Hiklinqin iddiasına əsasən, Bourla Maskın bu sözlərindən xeyli təəccüblənib.
Mövzular: