ABŞ-də Epşteyn sənədlərinin açıqlanması üçün qanun layihəsi təsdiqləndi
ABŞ Nümayəndələr Palatası Ədliyyə Nazirliyinin Ceffri Epşteynlə bağlı sənədlərinin açıqlanmasına dair səsvermə keçirdi.
Ajans.az bu barədə Reuters agentliyinə istinadən xəbər verir.
427-1 səs çoxluğu ilə qəbul edilən qərar Epşteynlə bağlı bütün məxfi olmayan sənədlərin baxılması üçün Senata təqdim edilməsini tələb edir.
İctimaiyyət və Respublikaçılar arasında Epşteyn sənədləri ilə bağlı mübahisə getdikcə daha da kəskinləşən hal almışdı.
Səsvermədən əvvəl, Epşteynin iddia edilən zorakılığının təxminən iyirmi nəfər qurbanı, ABŞ Kapitolisinin qarşısında üç Demokrat və Respublikaçı qanunvericiyə qoşularaq qeydlərin açıqlanmasını tələb etdilər.
İləərdir davam edən Epşteyn qalmaqalı siyasi problemə çevrilib. Bəzi vətəndaşlar inanır ki, Epşteynin nüfuzlu şəxslərlə əlaqələrini ört-basdır edilib və 2019-cu ildə Manhetten həbsxanasında intihar kimi qiymətləndirilən ölümü ilə bağlı detalları gizlədilib.