Məmmədli kəndində YANĞIN: 4 avtobus YANDI - VİDEO
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Abşeron rayonu, Məmmədli kəndində yanğın baş verməsi barədə məlumat daxil olub.
Ajans.az bu barədə FHN-nin mətbuat xidmətinə istinadən xəbər verir.
Qeyd edilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ərazidə park edilmiş istismara yararsız avtobuslarda baş vermiş yanğın yayılmasına, o cümlədən digər avtobuslara keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində 35 ədəd istismara yararsız avtobusun 4 ədədi yanıb.
Digər avtobuslar yanğından mühafizə olunub.
Mövzular: