Reklam resmi
Reklam resmi

Avstraliya COP31-ə Türkiyə ilə ev sahibliyi təklifindən imtina edib

Avstraliya COP31-ə Türkiyə ilə ev sahibliyi təklifindən imtina edib
Dünya

Avstraliyanın Baş naziri Entoni Albanese bazar ertəsi açıqlayıb ki, ölkə COP31 iqlim sammitinə Türkiyə ilə birgə ev sahibliyi etməyəcək.

Ajans.az xəbər verir ki,bu barədə məlumatı Reuters yayıb.

Albanese Melburnda keçirilən brifinqdə bildirib ki, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının qaydalarına əsasən sammitə birgə ev sahibliyi nəzərdə tutulmur: “Xeyr, biz sammitə birgə ev sahibliyi etməyəcəyik, çünki mövcud qaydalar buna imkan vermir”.

Reuters Türkiyənin diplomatik mənbələrinə istinadən xəbər verir ki, ev sahibliyi ilə bağlı danışıqlar dalana dirəndiyi üçün Ankara COP31-in Avstraliya ilə birgə keçirilməsini təklif edib.

Agentlik qeyd edir ki, Avstraliya və Türkiyə 2022-ci ildə COP31-ə ev sahibliyi etmək üçün öz namizədliklərini təqdim ediblər və indiyədək heç biri geri çəkilməyib. Bu isə prosesdə uzunmüddətli qeyri-müəyyənlik yaradıb. Ev sahibliyi ilə bağlı yekun qərarın Braziliyanın Belem şəhərində keçirilən COP30-da qəbul ediləcəyi gözlənilir. Son həftələrdə Baş nazir Albanese və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında aparılan yazışmalar da tərəfləri razılığa yaxınlaşdıra bilməyib.

BMT-nin qaydalarına əsasən Avstraliya və Türkiyənin daxil olduğu Qərbi Avropa və Digər Dövlətlər Qrupunun (WEOG) bütün üzvlərinin yekdil razılığı tələb olunur. Konsensus əldə olunmazsa, ev sahibliyi hüququ avtomatik olaraq Bonn şəhərinə keçəcək. Lakin Almaniya hökuməti artıq COP31-ə ev sahibliyi etmək istəmədiyini bildirib.

Türkiyədən olan diplomatik mənbə Reutersə açıqlayıb ki, Ankara Avstraliyaya COP31 ərəfəsində dəniz səviyyəsinin qalxması ilə üzləşən Sakit okean ölkələrinin problemlərinə diqqəti yönəldən liderlər görüşünün keçirilməsini təklif edib. Bu görüşdən sonra əsas sammitin razılaşdırılmış gündəm əsasında Türkiyədə keçirilməsi təklif olunub.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Avstraliya COP31 Türkiyə

Digər Xəbərlər