Reklam resmi
Reklam resmi

Rusiyada naməlum virus aşkar edilib

Rusiyada naməlum virus aşkar edilib
Dünya

Alimlər Rusiyanın 50-dən çox bölgəsindən götürülmüş nümunələrdə əvvəllər məlum olmayan 60-dan çox virus aşkar ediblər.

Ajans.az xəbər verir ki,bu barədə Novosibirskdə keçirilən Qızıl Vadi forumunda çıxış edən Vektor Dövlət Virologiya Mərkəzinin baş direktoru Aleksandr Aqafonov bildirib.

Kəşflər “Rusiyanın Viromu” milli layihəsi çərçivəsində həyata keçirilib. Alimlər artıq yeni virusların genetik quruluşunu deşifrə edib və bəzilərinin bioloji xüsusiyyətlərini öyrəniblər. Layihə, virus müxtəlifliyini izləyən ən böyük miqyaslı təşəbbüslərdən biri hesab olunur.

Tədqiqatın növbəti mərhələsində bu virusların təkamül sürəti və zamanla insanlar üçün təhlükəli xüsusiyyətlər qazanıb-qazanmadığı müəyyən ediləcək. Layihənin əsas məqsədi mümkün xəstəlikləri qabaqcadan proqnozlaşdırmaq, potensial zərəri qiymətləndirmək və qoruyucu tədbirlər hazırlamaqdır.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Rusiya virus

Digər Xəbərlər