İstanbulda BeIN Sports ofisinə hücum edən şəxs həbs edilib
İstanbul, Ayazağa rayonunda yerləşən BeIN Sports televiziya kanalının binasına silahlı hücum təşkil edən şəxs saxlanılıb. Hadisə 10 noyabr tarixində baş verib.
Ajans.az Haber Global-a istinadən xəbər verir ki, saxlanılan şəxs Kemal S. “silahlı təhdid” və “iş yerinin toxunulmazlığını pozmaq” ittihamları ilə günahkar bilinib.
Araşdırmalar zamanı məlum olub ki, hücumda istifadə olunan silah əslində oyuncaqdır.
İstanbul polisi tərəfindən həyata keçirilən əməliyyat nəticəsində şəxs həbs olunub, hadisə ilə bağlı araşdırma davam edir.
Mövzular: