Çində körpü çöküb
Çərşənbə axşamı Çinin cənub-qərbindəki Siçuan əyalətində, ölkənin mərkəzini Tibetlə birləşdirən milli magistral yol üzərində yerləşən və bu yaxınlarda istifadəyə verilən körpünün bir hissəsi çöküb. Yerli hakimiyyət orqanlarının məlumatına görə, hadisə nəticəsində itkilər barədə məlumat yoxdur.
Ajans.az Reuters-ə istinadən xəbər verir ki, Maerkang şəhərində yerləşən 758 metr uzunluğundakı Honqi körpüsü bazar ertəsi günortadan sonra yaxınlıqdakı yamaclarda və yollarda çatların əmələ gəlməsi və dağ relyefində dəyişikliklərin müşahidə olunmasından sonra nəqliyyat vasitələrinin hərəkəti üçün bağlanmışdı.
Çərşənbə axşamı günortadan sonra bölgədə vəziyyət pisləşib, torpaq sürüşməsi baş verib. Nəticədə, körpünün yaxınlaşma hissəsi və yol yatağının bir bölümü çöküb.
Tikintini həyata keçirən Sichuan Road & Bridge Group şirkəti sosial mediada yerləşdirdiyi videoda körpünün inşasının bu ilin əvvəlində başa çatdığını bildirib.
Hadisə ilə bağlı araşdırma aparılır.
@dailymail This is the terrifying moment a bridge that was just months old collapsed in Sichuan Province, China. The 2500 ft bridge partially collapsed when worsening conditions on the mountainside triggered landslides. No casualties were reported. ???? Reuters #bridge #china ♬ original sound - Daily Mail