Reklam resmi
Reklam resmi

Avstraliya məhkəməsi Rusiyanın paytaxtda səfirlik tikməsini qadağan edib

Avstraliya məhkəməsi Rusiyanın paytaxtda səfirlik tikməsini qadağan edib
Dünya

Avstraliya Ali Məhkəməsi çərşənbə günü Rusiyanın paytaxt Kanberrada yeni səfirlik binası tikməsini qadağan edib.

Ajans.az Reuters-ə istinadən xəbər verir ki,məhkəmə milli təhlükəsizlik səbəbi ilə icarə müqaviləsini ləğv edən qanunu yekdilliklə dəstəkləyib.

Rusiya Kanberradakı Parlament binasından təxminən 300 metr məsafədə yerləşən torpaq sahəsini icarəyə götürmüşdü və burada yeni səfirlik binası inşa etməyi planlaşdırırdı.

Lakin 2023-cü ildə Avstraliya hökuməti “Parlament binasına bu qədər yaxın məsafədə yeni Rusiya varlığının yaratdığı risklə bağlı çox aydın təhlükəsizlik məsləhəti” aldıqdan sonra icarə müqaviləsini ləğv edən qanun qəbul edib. Bu barədə o vaxt Baş nazir Entoni Albanese açıqlama vermişdi.

Rusiya hökuməti həmin qanuna qarşı Avstraliya Ali Məhkəməsinə müraciət edərək, Parlamentin belə bir qanun qəbul etmək üçün konstitusiya səlahiyyətinə malik olmadığını iddia edib.

Lakin məhkəmə çərşənbə günü yekdilliklə qərar verib ki, 2023-cü il Daxili İşlər Qanunu Parlamentin torpaqları “ədalətli şərtlərlə” ələ keçirmək hüququnu qanuni şəkildə tətbiq edir. Bununla belə, qərarda Moskvanın kompensasiya almaq hüququnun tanındığı qeyd olunub.

Rusiyanın Avstraliyadakı səfirliyi isə Telegram-da yayımladığı bəyanatda qərarın mətnini “diqqətlə nəzərdən keçirəcəyini” bildirib.

 

author picture
Leyla Bayandurlu
Mövzular:
Avstraliya Rusiya

Digər Xəbərlər